Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 10:27:00
Səma cisimlərinin adları dəyişdirilir

NASA göy cisimlərinə illər əvvəl verdiyi “irqçilik və ayrı-seçkilik” təşkil edən adları dəyişəcəyini açıqlayıb.

 

AzEdu.az  “HaberGlobal”-a istinadən xəbər verir ki, bunlara “Eskimo Dumanı”, “Siyam Əkizləri Qalaktikası” kimi adlar daxildir.

 

NASA bu istiqamətdə ilk addım olaraq “NGC-2392”yə verilən “Eskimo Dumanı” adını dəyişdirməyə qərar verib.

 

Eskimo Arktika bölgələrinin yerli əhalisinə verilən ad olaraq, irqçi mənşəli müstəmləkə termini qismində qəbul edilir.

 

Əvvəllər ABŞ və Danimarkadakı anti-irqçi fəallar dondurma istehsalçılarına məhsullarını “eskimo” adlandırmağı dayandırmaq üçün təzyiq göstəriblər.

 

Təşkilatın açıqlamasına rəğmən, veb-saytda bu “irqçi” adın hələ dəyişdirilmədiyi görünür.(Oxu.az)