Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 10:06:52
"SOCAR təqaüdçüsü olan 66 nəfərdən, yalnız 17-si yenidən bu statusu qazana bilib” - SOCAR Rəsmisi

“SOCAR-ın növbəti Daxili Təqaüd Proqramı (DTP) başa çatıb”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov deyib.

Onun sözlərinə görə, müsabiqəyə 1894 nəfər müraciət edib:

“Müsabiqənin I  turuna (məntiqi test imtahanına) 1586 nəfər buraxılıb,  lakin test imtahanlarında 1354 nəfər iştirak edib.  Müsabiqənin II turuna (müsahibələrə)  buraxılan 161 nəfərdən 77 tələbə SOCAR təqaüdçüsü seçilib.

Tələbələrə bununla kifayətlənməməyi tövsiyə edirəm. Hələ qarşıda onları daha   çətin sınaqlar gözləyir. Biliyinizi daim artırmağa, təkmilləşdirməyə çalışın. Bilik heç kimin  heç vaxt sizdən ala bilməyəcəyi yeganə qazancınızdır. Arxayınlaşmaq geriləməkdir. Bu müsabiqədə əvvəllər müxtəlif illərdə SOCAR təqaüdçüsü olan 66 nəfər iştirak etsə də, onlardan yalnız 17 nəfəri yenidən bu statusu qazana bilib”.

Asif Şəfəqqətovun sözlərinə görə, Müsahibə Komissiyasının hər bir üzvü tələbəyə fərdi şəkildə qiymət verir:

“Bu qiymətlərin ədədi ortası əsasında tələbələrin reytinq siyahısı tərtib olunur. Bu siyahıda orta balı 4,5-dən yuxarı olan (5 ballıq sistemdə) tələbələr cəmi 17 nəfərdir. Siyahıya cavabları, davranışı ilə Müsahibə Komissiyasının xüsusi rəğbətini qazanan  yüksək potensiallı tələbələr düşə bilir”.

Həmin tələbələrin  reytinq üzrə siyahısını təqdim edirik:

  1. Fərzəliyev Əlizadə Ərəstun o. (ADNSU, Neft-qaz qurğuları mühəndisliyi, B-4)
  2. Salmanov Fərid Şirin o. (ADNSU, Elektroenergetika mühəndisliyi, B-4)
  3. Babayev Aqşin Qabil o. (Xəzər Un., Neft-qaz mühəndisliyi, B-4)
  4. Kərimli Aysel Şahsuvar q. (BDU, Hidrogeologiya mühəndisliyi, M-2)
  5. Tapdıqov Şəhruz Faiq o. (ADNSU, Neft-qaz qurğuları mühəndisliyi, B-4)
  6. İsmayılova Nərmin Teymur q. (ADNSU, Kimya mühəndisliyi, M-1)
  7. Osmanova Çimnaz Radif q. (BMU, Kimya mühəndisliyi, B-3)
  8. Hüseynov Əbülfəz Kamil o. (ADNSU, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, B-4)
  9. Vəlişova Günel Nazim q. (BMU, Kimya mühəndisliyi, B-4)
  10. Qarayev Yusif Hidayət o. (ADNSU, Neft-qaz mədən geologiyası, M-1)
  11. Bəhramlı Bəhram Mənaf o. (ADNSU, Dənizdə neft-qaz quyularının qazılması, M-1)
  12. Əliyeva Leyla Hakim q. (ADNSU, Kimya mühəndisliyi, B-4)
  13. Hüseynov Real Sənani o. (AzDİA, Kompüter elmləri, B-4)
  14. Qurbanov Ceyhun Əzim o. (ADNSU, Elektronika,TK və RK mühəndisliyi, B-4)
  15. Məmmədzadə Raman Etibar o. (ADNSU, Elektroenergetika mühəndisliyi, B-4)
  16. Səfərov Ruslan Səfər o. (ADNSU, Neftin, qazın nəqli və saxlanmasının sərvətqoruyucu texnologiyası, M-1)
  17. Rəcəbli Anar Zülfüqar o. (ADNSU, Neft-qaz mühəndisliyi, B-3)

Qeyd edək ki, Azərbaycan ali məktəb tələbələrini təhsilə həvəsləndirmək, müxtəlif universitet tələbələri arasında sağlam rəqabətə təkan vermək, həmçinin potensiallı tələbələri təhsil illərində aşkar etmək və istiqamətləndirmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti  2005-ci ildə Daxili Təqaüd Proqramını (DTP) təsis edib. Proqram çərçivəsində 2006-cı ildən etibarən müsabiqələr keçirilir və müsabiqə qalibləri növbəti müsabiqəyədək SOCAR təqaüdçüsü seçilirlər. Təqaüdçünün arxayınlaşmaması üçün o hər il keçirilən növbəti müsabiqədə bu statusunu təsdiq etməlidir.

İndiyədək on minlərlə tələbə bu müsabiqələrdə iştirak edib, mindən artıq tələbə təqaüdçü olub, yüzlərlə təqaüdçü-məzun SOCAR-a müsabiqəsiz işə qəbul olunub. Onlardan ikisi hazırda DTP Müsahibə Komissiyasının üzvüdür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları