Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-06 14:28:00
Dövlət qulluğuna qəbul imtahanında 30 qadın iştirak edib  

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də keçirdiyi inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlər haqqında statistik göstəriciləri açıqlayıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, statistikaya əsasən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 97 namizəddən 30-u qadın olub. Onlardan 7 nəfəri lazım olan balı toplayıb.