Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-06 12:18:00
Dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlər 37 rayon və şəhəri əhatə edir

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də keçirdiyi inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlər haqqında statistik göstəriciləri açıqlayıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, qeydiyyat ünvanlarına görə statistikaya əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər 37 müxtəlif rayon və şəhəri əhatə edir. Qeydiyyatdan keçənlərin çoxu (52 nəfər) Bakı sakinləridir.

 

Xatırladaq ki, imtahanda iştirak etmək üçün ümumilikdə 97 nəfər namizəd (67 nəfər kişi, 30 nəfər qadın) qeydiyyatdan keçib.