Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-06 09:42:00
BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

Koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub.


Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş iyulun ortalarına olan məlumatlara istinadən söyləyib.

 

O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib: "Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməmişdir. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə
uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirmişdir".

 

Trend