Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 18:00:00
Daimiləşmə müsabiqəsində uğur qazanan şəxslər yerdəyişmədə iştirak edə biləcəklər?-RƏSMİ  

 

Müəllimlərin yerdəyişməsi  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi mərkəzləşdirilmiş müsabiqə yolu ilə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.  İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır.

Daimiləşmə müsabiqəsində uğur qazanan şəxslər yerdəyişmə müsabiqəsində iştirak edə biləcəklər?

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, xeyr, həmin şəxslərlə növbəti tədris ilindən müddətsiz əmək müqaviləsi bağlanılacağı üçün yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları