Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 17:01:00
BP özünün onillik strategiyasını müəyyənləşdirdi

Az karbonlu enerjiyə doğru və diqqəti müştərilərə yönəltmə

 

  • 2030-cu ilədək az karbonlu sahələrə investisiyanın 10 qat artması (2025-ci ilədək 8 qat artmaqla)

 

  • karbonsuzlaşdırma səylərində 10-15 şəhər və 3 əsas sənaye ilə tərəfdaşlıq etmək və müştərilərlə əlaqələri ikiqat artırmaqla gündə 20 milyon səviyyəsinə çatdırmaq (hamısı 2030-cu ilədək)

 

Diqqətin dayanıqlı və dəyər əsaslı karbohidrogen biznesinə cəmlənməsi

 

  • Gəlirlərin və ROACE göstəricisnin (istifadə edilmiş orta kapitala düşən gəlir norması) artımına təkan vermək üçün əsas layihələr tamamlandıqca kapital tutumunun azaldılması və səmərəliliyin davamlı surətdə diqqət mərkəzində saxlanılması

 

  • portfeli aktiv şəkildə idarə etməklə 2030-cu ilədək hasilatın 40% azaldılması

 

  • yeni ölkələrdə kəşfiyyat işlərinin aparılmaması.

 

Fəaliyyətlərin “xalis sıfır” hədəfinə uyğun həyata keçirilməsi

 

  • 2030-cu ilədək bp-nin əməliyyatlarından formalaşan emissiyaların 30-35% azaldılması

 

  • apstrim seqmentindəki neft və qaz hasilatında karbon ilə bağlı emissiyaların 2030-cu ilədək 35-40% azaldılması

 

  • bp-nin satdığı məhsullardakı karbon intensivliyinin 2030-cu ilədək 15%-dən çox azaldılması.

 

Səhmdarlar üçün uzunmüddətli dəyərin yaradılması

 

  • hər rüb üzrə hər səhm üçün 5.25 sent səviyyəsində dayanıqlı dividendin təyin edilməsi və nağd vəsaitlərin ən azı 60%-ni səhmlərin geri satın alınması qismində geri qaytarılması öhdəliyi

 

  • 2025-ci ilədək hər səhm üzrə EBİDA (faizlər, köhnəlmə və amortizasiya hesablanmazdan əvvəlki gəlir) göstəricisinin illik 7-9% artması ilə mənfəətli artım

 

  • az karbonlu və qeyri-neft və qaz sahələrinə investisiya qoyuluşunu artırmaqla dayanıqlı dəyərin yaradılması

Bu gün bp öz biznesini  yenidən formalaşdıracaq yeni strategiyasını təqdim edir. Bu strategiyaya əsasən bp təbii ehtiyatların hasilatına yönəlmiş “beynəlxalq neft şirkətindən” müştərilər üçün çözümlər təqdim edən “inteqrasiyalı enerji şirkətinə” doğru dönüş edir.

 

10 il ərzində bp “az karbonlu” sahələrə qoyduğu illik investisiyanı 10 qat artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq, az karbonlu texnologiyaların (o cümlədən bərpa olunan enerji mənbələri, bioenerji sahələri və eləcə də hidrogen və CCUS (karbonun tutulması, istifadəsi və saxlanılması) kimi sahələrə erkən giriş daxil olmaqla) inteqrasiya olunmuş portfelini yaratmaq niyyətindədir. 2030-cu ilədək bp bərpa olunan enerji mənbələri üzrə 50QVt xalis istehsal gücü yaratmağı (2019-cu ildəkindən 20 qat artım) və müştərilərlə əlaqəni ikiqat artıraraq gündəlik 20 milyon səviyyəsinə çatdırmağı planlaşdırır.

 

Həmin müddət ərzində bp-nin öz neft və qaz hasilatının 2019-cu ildəki səviyyələrdən ən azı gündəlik bir milyon barel neft ekvivalenti (və ya 40%) səviyyəsində azaldacağı gözlənilir. Onun qalan karbohidrogen portfelinin xərc və karbon baxımından daha dayanıqlı olacağı gözlənilir.

 

2030-cu ilədək bp öz əməliyyatlarından formalaşan emissiyaları və apstrim seqmentindəki neft və qaz hasilatı ilə bağlı olan emissiyaları (bp-nin “xalis sıfır” hədəfi üzrə 1-ci və 2-ci hədəflər çərçivəsində əhatə olunub) müvafiq qaydada 30-35% və 35-40% azaltmağı planlaşdırır.

 

Bu gün bp həmçinin az karbonlu və digər enerji keçidi fəaliyyətləri istiqamətində kapitalın bölüşdürülməsində fundamental dəyişikliyi dəstəkləmək üçün öz yeni maliyyə strukturunu da müəyyənləşdirdi. Bu strategiya və maliyyə strukturu birlikdə uyğunlaşdırılmış və cəlbedici investor təklifi təmin etmək (öhdəlik götürülmüş bölgülər, mənfəətli artım və dayanıqlı dəyər arasında balans yaratmaq) və bp-nin maraqlı tərəfləri üçün uzunmüddətli dəyər yaratmaq üçün nəzərdə tutulub.

 

İnvestor təklifinin bir hissəsi kimi, bp-nin direktorlar şurası iki elementdən ibarət olan yeni bölüşdürülmə siyasəti təqdim edib:

 

  • dividend dayanıqlı olması üçün hər rüb üzrə hər səhmə görə 5.25 sent səviyyəsində təyin edilib və bu səviyyədə sabit qalması nəzərdə tutulub (hər rüb direktorlar şurasının qərarından asılı olaraq) və buna əlavə olaraq,

 

  • artıq nağd vəsaitin ən azı 60%-nin səhmlərin geri alışı vasitəsilə səhmdarlara qaytarılması öhdəliyi götürülüb (bp-nin balans hesabatında kredit vəsaitləri çıxıldıqdan sonra və investisiya səviyyəli güclü kredit reytinqinin saxlanılmasından asılı olaraq).

 

“Enerji bazarları əsaslı şəkildə dəyişməklə az karbonlu enerjiyə doğru irəliləyir və bu da cəmiyyətin gözləntilərindən, texnologiyaların inkişafından və istehlakçıların seçimindəki dəyişikliklərdən irəli gəlir. Bu dəyişən bazarlarda bp öz səriştələrinə, təcrübəsinə və əlaqələrinə əsaslanaraq rəqabət apara bilər və dəyər yarada bilər. Biz əminik ki, qəbul etdiyimiz qərarlar və bu gün müəyyənləşdirdiyimiz strategiya bp üçün, onun səhmdarları üçün və eləcə də cəmiyyət üçün düzgün addımdır.”

 

 

Helqe Lund, Direktorlar Şurasının sədri

Yeni strategiya

 

Bu ilin əvvəlində bp öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan etdi və enerji haqqında təsəvvürləri yenidən formalaşdırmaq və bp-ni yeniləmək əzmində olduğunu bəyan etdi. Bu mərama söykənərək və bp-nin enerji sistemlərinin gələcəyinə və dəyişən müştəri tələbatına olan inancını əsas götürərək yeni strategiya bp-nin öz hədəfini necə gerçəkləşdirmək istədiyini müəyyənləşdirilir.

 

“Bir əsrdən çoxdur ki, bp beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir – bu, iki əsas biznesin hasil etdiyi iki əsas əmtəə ilə müəyyənləşir. İndi isə biz istiqamətimizi inyeqrasiyalı enerji şirkətinə çevrilməyə yönəldirik, yəni beynəlxalq neft şirkətindən inyeqrasiyalı enerji şirkətinə, daha dəqiq desək, təbii ehtiyatların hasilatına yönəlmiş şirkətdən müştərilər üçün enerji çözümləri təmin etməyə yönəlmiş şirkətə çevrilirik.

 

“Biz inanırıq ki, yeni strategiyamız “xalis sıfır” hədəfimizi əməldə gerçəkləşdirmək üçün hərtərəfli və uyğunlaşdırılmış bir yanaşma təmin edir. Qarşıdan gələn onillik dünyanın iqlim dəyişmələri ilə mübarizə aparmasında son dərəcədə əhəmiyyətli rol oynayacaq və qlobal enerji sistemlərində zəruri dəyişiklikləri həyata keçirmək üçün hər kəsin tədbir görməsini tələb edəcək.”

 

“Buna görə də, qarşıdan gələn illərdə bp öz “az karbonlu enerji” biznesini əhəmiyyətli dərəcədə böyütməyi və hərəkətlilik və rahatlıq təkliflərini transformasiya etməyi planlaşdırır. Biz neft, qaz və neft emalı üzrə portfelimizi diqqət mərkəzində saxlayacağıq və azaldacağıq. “Xalis sıfır” hədəfinə doğru emissiyalarımızı azaltdıqca, biz maraqlı tərəflərimiz üçün uzunmüddətli dəyərin yaradılmasını davam etdirmək öhdəliyinə sadiq qalırıq.”

 
“Biz enerji dünyasında 100 ildən artıq müddətdə topladığımız təcrübəni özümüzlə gətiririk. Biz enerji bazarlarını dərindən başa düşürük və treydinq, satış, texnologiya və innovasiya sahəsində unikal bacarıqlar formalaşdırmışıq. Və biz bu yeni dünyada “sıfırdan” başlayırıq. Hazırda 13 ölkədə fəaliyyət göstərən “Lightsource bp” birgə müəssisəmizdən tutmuş Çində elektrik avtomobilləri üçün enerjidoldurma sahəsində DiDi şirkəti ilə olan tərəfdaşlığımıza, habelə Birləşmiş Krallıqda M&S şirkəti və Almaniyada REWE şirkəti ilə olan sənayedəki aparıcı tərəfdaşlıqlarımızadək bütün fəaliyyətlərimizdə biz artıq miqyas və imkanları formalaşdırırıq.”

 

Bernard Luni, Baş icraçı direktor

 

 

Bu strategiya yeni davamlı inkişaf strukturuna və  “xalis sıfır” hədəfini dəstəkləyən siyasətlərin təşviqinə söykənmiş üç əsas fəaliyyət sahəsinə və üç fərqləndirici mənbəyə əsaslanır.

 

Əsas fəaliyyət sahələri aşağıdakılardır:

 

  • Az karbonlu elektrik enerjisi və enerji: bərpa olunan enerji mənbələri və bioenerji sahəsində sənaye miqyasının yaradılması, hidrogen və CCUS sahəsinə erkən daxil olmaq üçün imkanların axtarılması və bu az karbonlu enerjilərə əlavə olaraq müştəri qaz portfelinin formalaşdırılması.
  • Rahatlıq və hərəkətlilik: bp-nin gördüyü hər bir işin mərkəzində müştərini əsas götürmək, hərəkətlilikdə qlobal inqilabi inkişafın sürətləndirilməsinə yardım etmək, pərakəndə sektorunda rahatlıq təcrübəsini yenidən formalaşdırmaq, böyüyən bazarlarda bp-nin iştirakını və yanacaq satışını artırmaq.
  • Dayanıqlı və məqsədyönlü karbohidrogenlər: əməyin təhlükəsizliyi və əməliyyat etibarlılığını qoruyub saxlamaqla, bp kapital və xərc məhsuldarlığını artırmaq və emissiyaları azaltmaq niyyətindədir. bp hazırda davam edən iri layihələri tamamlamaq, kapital tutumunu azaltmaq və yüksək dərəcəli portfeli davam etdirmək və nəticədə hasilat və emal gücünü xeyli azaltmaq və daha rəqabətədavamlı etmək niyyətindədir. bp apstrim (kəşfiyyat və hasilat) fəaliyyətləri olmayan ölkələrdə kəşfiyyat işləri aparmayacaq. Rosneft bp-nin geniş portfelinin mühüm bir hissəsidir və Rusiyada bp-nin güclü mövqeyə malik olmasını təmin edir.

 

Dəyəri artırmaq üçün üç fərqləndirici sahə aşağıdakılardır:

 

  • İnteqrasiya edilmiş enerji sistemləri: enerji sistemlərini optimallaşdırmaq və müştərilər üçün hərtərəfli təkliflər yaratmaq üçün dəyər zənciri boyunca bp-nin bütün imkanlarını bir araya toplamaq.
  • Ölkələr, şəhərlər və sənayelər ilə tərəfdaşlıq etmək: onların “xalis sıfır” hədəfinə doğru səylərini formalaşdırdıqca.
  • Rəqəmsal çözümlər və innovasiya: müştərilərlə əlaqə saxlanılması, səmərəliliyin yaradılması və yeni bizneslərə dəstək göstərilməsi üçün yeni üsullara imkan yaratmaq.

 

Strategiyanın həyata keçirilməsi bp-nin 2030-cu ilədək çox fərqli bir şirkətə çevrilməsinə gətirib çılxaracaq. O vaxtadək, bp aşağıdakıları həyata keçirməyi planlaşdırır:

 

  • az karbonlu enerji sahəsinə investisiya qoyuluşunu təxminən 500 milyon ABŞ dolları səviyyəsindən təqribən ildə 5 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq;
  • bərpa olunan enerji mənbələri üzrə istehsal gücünü artıraraq 2019-cu ildə mövcud olan 2,5QVt səviyyəsindən təxminən 50QVt səviyyəsinə çatdırmaq;
  • bioenerji istehsalını artıraraq 22000 b/gün səviyyəsindən >100000 b/gün səviyyəsinə çatdırmaq;
  • hidrogen biznesini genişləndirərək əsas bazarlarda iştirak payını 10% çatdırmaq;
  • qlobal miqyasda müştərilərlə əlaqələri artıraraq gündəlik 10 milyon səviyyəsindən 20 milyon səviyyəsinə çatdırmaq;
  • elektrik avtomobilləri üçün enerjidoldurma məntəqələrinin sayını artıraraq 7500-dən 70000-ə çatdırmaq; və
  • dünyada 10-15 böyük şəhərdə və üç əsas sənayedə enerji sahəsində tərəfdaşlıqlar qurmaq.

 

Həmin müddət ərzində:

 

  • Apstrim seqmentində neft və qaz hasilatının azalaraq 2019-cu ildəki gündəlik 2,6 milyon barel neft ekvivalenti (mln.bne/gün) səviyyəsindən təxminən 1,5 mln.bne/gün səviyyəsinə düşəcəyi gözlənilir;
  • emal gücünün azalaraq gündəlik 1,7 milyon barel (mln.b/gün) səviyyəsindən təxminən 1,2 mln.b/gün səviyyəsinə enəcəyi gözlənilir.

Bu dəyişikliklər boyunca bp əməyin təhlükəsizliyini, əməliyyatların yüksək səviyyəli icrasını və maliyyə intizamını diqqət mərkəzində saxlamaqla öz öhdəliklərinin icrasını davam etdirəcək.

bp-nin “xalis sıfır” hədəfinin təmin edilməsi

 

Yeni strategiyanın tətbiqi və bp-nin dəyişdirilməsi vasitəsi ilə onun 2050-ci ilədək və ya daha erkən tarixədək xalis sıfır hədəfə nail olmaq və onun köməkçi məqsədlərinə çatmaq istiqamətində əhəmiyyətli irəliləyişin əldə ediləcəyi gözlənilir.

 

 

BP 2030-cu ilədək özünün ilk beş hədəfi üzrə əhəmiyyətli nailiyyət əldə etməyi qarşısına məqsəd qoymuşdur.

 

  • 1-ci hədəf – əməliyyatlar zamanı əmələ gələn emissiyaların 2019-cu il ilə müqayisədə 30-35% azaldılması;
  • 2-ci hədəf – BP-nin neft və qaz hasilatında karbon ilə əlaqədar emissiyaların 2019-cu il ilə müqayisədə 35-40% azaldılması;
  • 3-cü hədəf – bazara çıxarılan məhsulların karbon tullantılarının intensivliyinin 2019-cu il ilə müqayisədə 15%-dən çox azaldılması;
  • 4-cü hədəf – 2023-cü ilədək metan ölçmələrinin təmin edilməsi və metan tullantılarının intensivliyinin yarıya salınması səylərinin davam etdirilməsi;
  • 5-ci hədəf – karbon emissiyalarının azaldılmasına qoyulan sərmayənin 0,5 milyard dollardan ildə təqribən 5 milyard dollar və 2025-ci ilədək 3-4 milyard dollaradək artırılması.

 

Yeni maliyyə strukturu, investor təklifi və bölgü siyasəti

 

bp həmçinin, bu gün bu dəyişikliyə dəstək verən və strategiyanın icrasını təmin edən yeni maliyyə strukturu təqdim edir. Buraya kapitalın bölgüsü ilə əlaqədar BP-nin prioritetləri aydın şəkildə müəyyənləşdirilir:

 

  • çevik dividendə dəstək verilməsi;
  • borc yüklülüyünün azaldılması və güclü sərmayə kredit reytinqinin təmin edilməsi;
  • alternativ enerji təchizat mənbələrinə keçid üçün lazımi səviyyədə sərmayənin qoyulması;dəyərin və nağd vəsait axınının maksimum səviyyəyə qaldırılması üçün bp-nin çevik karbohidrogen aktivlərinə sərmayə qoyulması; və
  • geri alış opsionunun vasitəsi ilə nağd vəsaitlərin səhmdarlara qaytarılması.

 

bp balans hesabının gücləndirilməsi, əsas vəsaitlərin xərclənməsinə ciddi nəzarət edilməsi və xalis borcun 35 milyard dollar azaldılması üçün borc yüklülüyününün azaldılması daxil olmaqla, ciddi biznes planının vasitəsi ilə maliyyə intizamını təmin etmək niyyətindədir.

 

bp 2025-ci ilədək qeyri-üzvi sərmayə daxil olmaqla, illik əsas xərcləri 14-16 milyard diapazonunda qalmasını təmin etmək, xalis borc 35 milyarda düşənədək, 13-15 milyard diapazonunda ən aşağı həddə saxlamaq niyyətindədir. Portfelinin dərəcəsini artırdıqca, bp, həmçinin, 2020-ci ilin ikinci yarısı ilə 2025-ci ilin arasında aktivlərin satışından 25 milyard gəlirin əldə edilməsini də qarşıya məqsəd qoyur.

 

Mənfəətliliyinin gözlənilən artımına əsasən və qaydalı sərmayə bölgüsünü diqqət mərkəzində saxlayaraq, bp ROACE (istifadə edilmiş orta kapitala düşən gəlir norması) göstəricisini 2025-ci ilədək 12-14%-ə çatdırmaqla, davamlı və artan gəlirləri təmin etməyi qarşısına məqsəd qoymuşdur. O, həmçinin, 2020-ci ilin real şərtləri əsasında bp-nin emal göstəricisi üçün orta həddini təqribən bir barel üçün 11 dollar və Henry Hub təbii qaz üçün nəqliyyat və paylama qovşağında təbii qaz üçün həddi milyon Britaniya istilik vahidi üçün 3 dollar götürərək, ehtiyatlarını və nağd vəsaitlərdən istifadəni orta hesabla 2021-25-ci illərədək Brent markalı neftin bir bareli üçün təqribən 40 dollar həddə yenidən tarazlaşdırmağı planlaşdırır.

 

bp səhmdarları cəlbedici gəlirlər ilə təmin etməyi öhdəsinə götürmüşdür. Buna görə, maliyyə sxeminin tərkib hissəsi kimi bp-nin direktorlar şurası iki elementdən ibarət olan yeni bölgü siyasəti tərtib etmişdir:

 

  • direktorlar şurasının hər rübdə qərarından asılı olaraq, bu səviyyənin sabit olaraq qalması şərti ilə rübdə hər səhm üçün 5,25 sent davamlı dividend; və
  • xalis borc 35 milyard dollar azaldıldıqda və güclü sərmayə dərəcəli kreditreytinqinin təmin edilməsindən asılı olaraq, səhmlərn geri alış opsionunun vasitəsi ilə əlavə nağd vəsait axınının ən azı 60%-nin səhmdarlara qaytarılması öhdəliyi (2).

Direktorlar Şurası inanır ki, dividendin hazırkı səviyyədə müəyyənləşdirilməsi zamanı COVID pandemiyasının iqtisadi nəticələri ilə əlaqədar cari qeyri-müəyyənliklər nəzərə alınır, bp-nin balans hesabı dəstəklənir və alternativ enerji mənbələrinə irimiqyaslı keçidə sərmayə üçün tələb edilən çeviklik təmin edilir. Səhmərin geri alış opsionu əsasında əlavə nağd pul vəsaitlərinin qaytarılması öhdəliyi bp-nin sərmayə intizamına sadiqlik əzmini gücləndirdiyi halda investorların potensial nağd vəsait artımından faydalanmasına imkan verir.

 

Bu struktur və yeni strategiyanın birləşməsi əsasında bp-nin yeni investor təklifi tərtib edilmişdir:

 

  • Öhdəyə götürülmüş bölgülər: səhmlərin geri alış opsionu vasitəsi ilə əlavə nağd vəsaiti paylamaq öhdəliyi ilə təmin edilmiş davamlı dividend
  • Mənfəətli artım: baza biznes göstəricilərinin səhmlərin geri alış öhdəliyi ilə dəstəklənən, 2025(3)-ci ilədək 7-9% illik artım tempi ilə birlikdə orta hesabla hər səhmə görə faizdən, köhnəlmədən və amortizasiyadan qabaq qazancın artımını təmin edəcəyi gözlənilir.
  • Dayanıqlı dəyər: qeyri-neft və qaz sektorunda sərmayənin artımı ilə 2025-ci ilədək bp-nin kapitalının 20%-dən çoxunun karbon emissiyalarının azaldılması da daxil olmaqla, keçid bizneslərinə tətbiq ediləcəyi gözlənilir. Bunun nəticəsində bp-nin nağd vəsaitlərinin şaxələnəcəyi və çevikliyinin artacağı gözlənilir.

 

Biz inanırıq ki, bu gün müəyyənləşdirdiyimiz sxem əsasında bütün investorlar üçün əsaslı və cəlbedici uzunmüddətli təklif verilir – səhmlərin geri alış öhdəliyi ilə birlikdə yenidən müəyyən edilmiş və davamlı dividend; mənfəətli artım; və alternativ enerji mənbələrinə keçid prosesinə sərmayə qoymaq imkanı.
 
Mən fərdi parəkandə satış investorları və iri səhm sahibləri olub-olmamasından asılı olmayaraq, yenidən müəyyənləşdirilmiş dividendin çox tərəflərə təsir göstərəcəyini təsdiqləmək istərdim. Bununla belə, bu səhmdarlarımızın uzunmüddətli maraqlarını təmin edəcəyinə ürəkdən inandığımız qərardır.”

 

 

Bernard Luni, Baş icraçı direktor