Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 20:36:00
SOCAR-ın təlim mərkəzlərinə növbəti sənəd qəbulu başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə (KHTM), Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) şagird qəbulu üzrə müsabiqə elan edilib. AzEdu.az  SOCAR-a  istinadən xəbər verir ki, müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:

Azərbaycan Respublikasının vətəndaşı olmalı; 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı; Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər). Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq).

 

Qəbul bitdikdən sonra yuxarıda qeyd olunan qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq. Qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul olunacaq. Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq. Orta ixtisas və ilk peşə-ixtisas təhsilli namizədlər attestat əvəzinə təhsili bitirməsi haqqında müvafiq sənəd təqdim etməlidirlər.

 

Müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir: Şəxsiyyət vəsiqəsi, Hərbi bilet (oğlanlar üçün), Attestat/ Diplom, Sağlamlıq haqqında arayış (Forma 86), Rentgen flüoroqrafiyası, Tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen (flüoroqrafiya), Məcburi köçkün vəsiqəsi (məcburi köçkünlər üçün).

 

Şagirdlər təhsil müddətində aylıq təqaüd, xüsusi geyim (yay və qış geyimləri), gündəlik nahar və nəqliyyatla (QRTM şagirdləri üçün) təmin olunacaqlar.

 

Müraciət yalnız elektron formada SOCAR-ın rəsmi veb-səhifəsinin Karyera bölməsinin Təlim Mərkəzinə Sənəd Qəbulu alt-bölməsində qəbul olunur. 

Müraciət üçün: http://new.socar.az/khs/upload/sayt%20uchun/ttm/khtm/index-khtm.html

 Müsabiqə elektron sənəd qəbulu, müsahibə və test imtahanı olmaqla 3 mərhələdən ibarətdir.