Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 15:09:00
Böyük Britaniyada məktəblərin açılması COVID-un ikinci dalğasının yaylmasına səbəb ola bilər

Sınaq və izləmə sistemi olmadan İngiltərədə məktəblərin yenidən açılması qış aylarında əvvəlkindən ikiqat ağır olan ikinci COVID dalğasının yaranmasına səbəb ola bilər.

 

AzEdu.az  xəbər verir ki, London Kollec Universiteti və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçılarının gəldiyi qənaət belədir.

 

Alimlər məktəblərin tam və ya natamam rejimdə, yaxud həftənin ayrı-ayrı günlərində fəaliyyət göstərəcəyini nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı müxtəlif ssenarisini modelləşdiriblər.

 

"Böyük Britaniyada sentyabrda məktəblərin tam açılması 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - deyə ölkənin elm adamları bildirirlər.(Azərtac)