Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 14:43:00
AzTU məzununun uğur hekayəsi layihəsi davam edir

Asif Hüseynov Azərbaycan Texniki Universitetinin (AzTU) “İqtisadiyyat və idarəetmə” fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 

 

AzEdu.az  xəbər verir ki, peşəkar fəaliyyətə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb. ARDNŞ Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsinədək yüksəlib. 2015-2019-cu illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. 

 

Prezident İlham Əliyevin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və indiyə kimi bu vəzifədə çalışır.