Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 11:00:00
Almaniyadan peyvəndlə bağlı ŞAD XƏBƏR

Almaniyada peyvənd və dərmanlara lisenziya vermək səlahiyyəti olan Paul-Erlix İnstitutunun prezidenti Klaus Ciçutek COVİD-19 xəstəliyinə qarşı bir peyvəndin nisbətən sürətli şəkildə hazır olacağına ümid bəslədiyini deyib.


AzEdu.az xəbər verir ki, ZDF telekanalına açıqlama verən Ciçutek son həftələrdə keçirilən ilk kliniki sınaqlarda bəzi peyvəndlərin COVİD-19-a qarşı insanlarda spesifik bir immunitet reaksiyası verə biləcəyini göstərdiyini deyib. İnstitut prezidenti bunu çox yaxşı xəbər kimi dəyərləndirib.


"Dünya miqyasında bu sahədə 140-150 layihə həyata keçirilir. Almaniyada hazırda 26 kliniki layihə analiz mərhələsindədir. bunların 6-da peyvəndin insanlar üçün etibarlı olub-olmadığı və təsirinə dair bilgilərin toplanıldığı mərhələ keçirilir. Nəticələr ilin sonuna qədər, bəlkə, daha əvvəl də əldə oluna bilər", o vurğulayıb.

 

Ciçutek qeyd edib ki, erkən mərhələdə peyvəndin böyük qruplara inyeksiya edilməsi yaxşı fikir deyil. (publika.az)