Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-04 17:03:00
Yeni nazir təyinatı, artırılan səlahiyyətlər, işdən çıxarılan direktorlar – Həftənin təhsil icmalı

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə - 27 iyul- 2 avqust tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Emin Əmrullayev Təhsil naziri təyin edildi

 

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

 

Emim Əmrullayev bu posta təyin olunana kimi nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktoru  vəzifələrində çalışıb.

 

 

Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

 

 

18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib

 

 

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

 

 

Həmin məktəblər:

 

 

19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli təhsil müəssisələridir.

 

 

Təhsil Nazirliyinin funksiyaları artırılıb

 

 

Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı fərmanda əksini tapıb.

 

Fərmana əsasən, nazirlik tabeliyində olan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil edəcək özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq edir və dəstəkləyir, onlara metodik kömək göstərəcək;dövlət ümumi təhsil müəssisələri müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirəcək.

 

 

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib 

 

 

Meyarlar ümumi təhsil müəssisəsinin növünün müəyyən edilməsi və bir növdən digərinə keçirilməsi barədə qərar qəbul edilən zaman nəzərə alınan tələblərdir.

 

 

Qərara görə meyarlar əsasında ümumi təhsil müəssisələri ibtidai ümumtəhsil, ümumi orta ümumtəhsil, tam orta ümumtəhsil, ümumtəhsil internat, xüsusi, xüsusi internat, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbləri, gimnaziya, inteqrasiya təlimli internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli və inteqrasiya təlimli ümumi təhsil müəssisələri, lisey növlərinə aid edilir.

 

 

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri açıqlanıb

 

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

 

 

Müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.

 

 

Qəbul  imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub

 

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23:59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

 

 

“Bu tarixdən etibarən MİQ və qəbul imtahanlarının keçirilməsi planlaşdırılır”-Hikmət Hacıyev

 

 

“5 avqustdan ölkənin bir sıra şəhər və rayonlarında MİQ, lisey və gimnaziyalara qəbul, DİM tərəfindən isə qəbul imtahanlarının qrafikə əsasən  keçirilməsi planlaşdırılır”.

 

 

Bu fikirləri Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın mətbuat konfransında deyib.

 

 

Məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur

 

“Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur”.

 

 

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

 

Xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

 

 

Avqustun 5-dən ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejiminin qismən aradan götürülməsi ilə Təhsil Nazirliyində müəllimlərin işə qəbulu, müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən isə xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi planlaşdırılır.

 

 

Əlavə olaraq təhsil müəssisələrində müvafiq gigiyena-sanitar qaydalara əməl etmək şərtilə vətəndaşların müraciətləri əsasında müvafiq arayışlar və sənədlərin verilməsinə icazə verilir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları