Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-04 09:02:00
Ariane 5 raketinin orbitə buraxılışı bu tarixə planlaşdırılıb

"Arianespace Corporation" avqustun 14-də "Ariane 5" raketinin Kuru kosmodromundan iki dəfə təxirə salınan uçuşunu həyata keçirmək barədə qərar qəbul etdi.

 

AzEdu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

 

"Son montaj sexindəki əməliyyatların gedişi bizə "Ariane" raketinin buraxılışıni 14 Avqustda təyin olunmasına imkan verir", - xəbərdə deyilir.

 

Şirkət qeyd edir ki, müəyyən şərtlərdə uçuş bir gün əvvəl həyata keçirilə bilər.

 

Əvvəlcə buraxılış iyulun 28-ə təyin olunub, lakin əlavə texniki yoxlanışa ehtiyac olduğundan 31 iyul tarixinə təxirə salınıb. 31 İyulda "Ariane 5" yenidən raket start proqramından nasazlığa görə çıxarılıb.

 

Raket Yaponiyanın BSAT-4b və beynəlxalq operator "Intelsat" üçün Galaxy 30 peyklərini orbitə çıxaracaq. Onlar birbaşa yüksək keyfiyyətli radio və televiziya yayımı üçün istifadə ediləcəkdir.