Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-03 16:22:00
Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”

 

Tanınmış təhsil ekspertı, 45 illik pedaqoji fəaliyyəti dövründə təyinat üzrə kənd müəllimliyindən məktəb direktoru, elmi işçi, təhsil şöbəsinin müdiri, Baş İdarədə sektor müdiri kimi, təhsilin aşağı və yuxarı ida­rəetmə or­qan­larında böyük həyat yolu keçmiş, çoxlu sayda proqram, tədris vəsaiti, elmi-pedaqoji və tənqidi-analitik yazıların mü­əllifi Nadir İsrafilovun  “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq” adlı xa­ti­rələr kitabı geniş oxucu küt­lə­sinə təqdim olunur.

 

Kitab müəllifin müxtəlif  illərdə, ayrı-ayrı mətbuat orqanlarının səhifələrində dərc olunmuş, uşaqlıq illərindən  başlayaraq, orta məktəb dövrü, alı təhsil və aspirantura həyatı, habelə pedaqoji fəaliyyəti ilə bağ­lı yadda qalan bəzi məqamların toplusundan ibarət olub, oxucuda keçən dövrlərə, qiyabi də olsa, nə­zər salmaq, müvafiq müqayisələr aparmaq, bir daha həmin anları yaşamaq hissləri oyadır.

 Əsasən müdrik kəlamlar və hikmətli sözlərə istinadən qələmə alınmış xatirələrin hər bir məqamı, müəllifin keçdiyi həyat yolunun bilavasitə təhsilə bağlılığı, təhsilin onun həyatında və gələcək kar­yera­sın­dakı rolu ilə əlaqəli şəkildə, konkret  və düşündürücü faktlar əsasında nəzərdən keçirilir, diqqət təlim və tərbi­yə­nin bir çox aspektlərinə yönəldilir. Müəllif sonda bu nəticəyə gəlir: “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”. 

Kitabı oxuyub başa vurduqdan sonra, bir daha əmin olursan ki, “Xatirələr zəngin olmasa, xəyallar solğun olar”, “Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır”,“İnsanın mənəvi dünyası əslində dün­yadakı mənaların dünyasıdır”, “Heç bir şey təcrübənin yerini tuta bilməz”,“Başqalarının həyatından dərs al­mağı bacaran insan xoş­bəxtdir”, “Hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır”, “Həyata ye­ni­dən başlasaydımsaniyələrin nəb­zi­ni tutardım”...

 

“Ali kateqoriyalı müəllim”, Azərbaycan SSR “Xalq maarif əlaçısı” kimi fəxri adlara, bir çox medallara, müka­fat­lara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüş, çox sayda proqram, tədris vəsaitləri, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olan Nadir  İsrafilov bu gün də, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və  “XXI Əsr Təhsil Mərkəzi” İctimai Bir­liyinin sədr müavini, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi ekspert qrupunun rəhbəri kimi fə­a­liy­yətini davam etdirir, təhsilimizə öz yaradıcı və layiqli töhfəsini verir.

Ümidvaram ki, dəyərli pedaqoqumuz Nadir İsrafilovun “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq.(Yaddaş xatirələr xəzınəsidir)” adlı bu kitabı nəinki təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi üçün də maraqlı olacaq. Kitabı oxuyan hər bir kəsdə kimin kim olması, hansı əqidəyə xidmət etməsi  haqqında aydın təsəvvür ya­ranacaq.

 

   Mönsüm Alışov,

   pedaqogika üzrə elmlər doktoru, professor