Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-03 11:15:00
İkinci koronavirus peyvəndi üçün də tarix verildi

Rusiyanın Səhiyyə Naziri Muraşkonun koronavirus peyvəndinin klinik sınaqlarının yekunlaşmasını açıqlamasından sonra Rusiyadakı Vektor Araşdırma Mərkəzi də hazırladıqları peyvəndin noyabr ayında istifadəyə təqdim ediləcəyini bildirib.

 

AzEdu.az xəbər verir ki, sözügedən araşdırma mərkəzinin baş direktoru Rinat Maksyutov qatıldığı bir televiziya proqramında "Bu ilin noyabr ayında peyvənd istehsalına başlamağı planlaşdırırıq. Hazırlanacaq peyvəndin ilin sonunda, ya da növbəti ilin əvvəlində risk qrupundakı şəxslərə, daha sonra isə kütləvi şəkildə tətbiqinə başlanıla bilər" ifadələrindən istifadə edib.

 

Qeyd edək ki, koronavirus səbəbi ilə Rusiyada ümumi yoluxma sayı 850 min 870-ə yüksəlib. Son 24 saattda 70 nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 14 min 128-ə çatıb.