Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-02 17:58:00
“EduHack” hakatonun final mərhələsi bu gün keçiriləcək

UNEC, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə son 3 gün ərzində təşkil edilmiş “EduHack” hakatonunun finalı bu gün saat 18:00-da keçiriləcək. Finalda 18 komanda yarışacaq.

 

AzEdu.az  xəbər verir ki, ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaqdır.

 

Hakatonda iştirak etmək üçün Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkənin 21 universitetindən ümumilikdə 283 müraciət daxil olub. ABŞ-ın Hyuston Universiteti, Keksom İnstitutu nəzdində Minerva məktəbi, Kanadanın Toronto Universiteti, Birləşmiş Krallığın Edinburq Universiteti, Qlazqo Universiteti, Lancaster Universiteti, Türkiyənin Orta Doğu Tekniki Universiteti, Yıldız Texniki Universiteti, Sabancı Universiteti, Sakarya Universiteti, Özyeğin Universiteti, Ukraynanın Kiyev Politexnik Universiteti, Niderlandın Eindhoven Texnologiya Universiteti, Macarıstanın Korvinus Universiteti, Budapeşt Biznes Məktəbi, Szeged Universiteti, Estoniyanın Tallin Texniki Universiteti, Polşanın Varşava Universtiteti, Vistula Universiteti, Latviyanın Riqa Texnologiya Universiteti və İsrailin “ORT İsrael” məktəblər şəbəkəsi müraciət edənlər siyahısındadır.

 

Hər bir komandaya uğurlar!