Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-02 12:16:00
Tələbə şəhid polkovnik İlqar Mirzəyevin büstünü hazırladı 

Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı 12 -16 iyul aralığındakı Tovuz döyüşlərində şəhid olan daha bir hərbçimizin - polkovnik İlqar Mirzəyevin büstünü hazırlayıb.

AzEdu.az-ın məlumatına görə, tələbənin əl işi sosial şəbəkə izləyiciləri tərəfdində təqdir olunub.


Xatırladaq ki, gənc heykəltaraş Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimovun da büstünü hazırlamışdı.