Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-31 16:50:00
ÜST: Koronavirusa qarşı 25 namizəd peyvənd insan sınaqları mərhələsindədir

“Koronavirusa qarşı qınaq mərhələsində olan 25 namizəd peyvənd artıq insan sınaqları mərhələsindədir.  Peyvəndlərin 3-cü və 4-cü mərhələyə keçməsi gözlənilir”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.

 

O bildirib ki, hazırda koronavirusa qarşı hazırlanma mərhələsində 265 namizəd peyvənd var: “Bəzi peyvəndlər 1-ci və 2-ci mərhələdədir. Onlar növbəti aylarda 3-cü mərhələyə keçəcək. Rusiyanın da namizəd peyvəndi barədə məlumatlıyıq. Nə qədər çox namizəd peyvənd olsa, uğur qazanmaq şansı o qədər çoxdur. Hazırda isə uğur qazanmaq səviyyəsi 10% civarındadır. ÜST peyvəndlər və digər vasitələr üçün qlobal çərçivə hazırlayıb”.