Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-30 17:12:00
Xaricdə təhsil alan tələbə yalnız bu halda Azərbaycan universitetlərinə köçürülə bilməz- RƏSMİ

 

Xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisəsinə köçürələrkən əsas nəzərə alınan göstəricilər bunlardır:

 

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri

Hansı halda xaricdə təhsil alan tələbə Azərbaycan Respublikası ali təhsil müəssisəsinə köçürülə bilməz?

AzEdu.az Təhsil nazirliyinə istinadən xəbər verir ki, Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları