Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-28 16:13:00
“Universitetlərdəki təhsil nəzarət altına alınmalıdır” – Yeni nazirdən gözləntilər  

 

 

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edildi.

 

İstər sosial şəbəkələrdə, istərdə də mediada yeni nazir haqqında müsbət fikirlər səslənir, onun təhsilə fayda verəcəyi bildirilir.

 

 

Bakı Mühəndislik universitetinin (BMU) elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov AzEdu.az-a açıqlamasında  yeni nazir Emin Əmrullayevin təhsildə icraçılardan biri olduğunu və mütərəqqi layihələrə davam edəcəyini qeyd edir:

 

“Əvvəlki nazirlərin dövründə başlamış mütərrəqqi layihələrin davamlılığına kömək edəcəkdir”

Təhsil çox vacib və strateji sahədir. Təbii ki orada qısa müddətli reform olmaz. Təhsil sistemində nəticə bir neçə il sonra özünü göstərir. Yeni Təhsil nazirimiz həm də bu sahədə islahatların icraçılarından biri olduğundan praktik olaraq sahəni yaxşı bilir. Təhsil Problemləri İnstitundakı fəaliyyəti müddətindən bu sahənin problemlərinə bələddir. Ona görə  arzu edərdim ki,  əvvəlki nazirlərin dövründə başlamış mütərrəqqi layihələrin davamlılığına kömək edəcəkdir”.

 

“Orta təhsildəki müəyyən nöqsanların  yaxın zamanlarda aradan qaldırılacağına inanıram”

 

“Burda məktəb direktorları seçimi tələbə və şagirdlərin transfer sistemi və birinci siniflərə qeydiyyatın və köçürülmə sisteminin elektronlaşmasının, müəllimlərin işə qəbul sisteminin davamlı olmasını və bu sahədəki problemlərin aradan qaldırmasını , eyni zamanda son illərdə ali təhsil sahəsindəki reformların sürətləndirilməsini arzu edərdim.Düşünürəm ki uzun müddətdi təhsil sistemində aparılan islahatlar öz müsbət nəticəsini yaxın zamanlarda göstərəcək.Eyni zamanda orta təhsildəki müəyyən nöqsanların da yaxın zamanlarda aradan qaldırılacağına inanıram”.

 

Hədəf Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadıq öncə Emin Əmrullayevi nazir təyinatı münasibətilə  təbrik edib, həmçinin ali məktəblərdə islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb:

 “Emin müəllimin fəaliyyəti ilə tanışam. Nazir vəzifəsinə təyinatı üçün təbrik edir, uğurlar arzulayıram. Son 2 nazir Azərbaycan təhsilini inkişaf etdirdi, yeni layihələr həyata keçirildi. Artıq təhsilimizdə rüşvət anlayışı çox cüzi şəkildə qalıb. Emin Əmrullayevin fəaliyyətində ali məktəblərə diqqət ayıracağını düşünürəm. Orta məktəblərlə bağlı xeyli iş görüldü, xeyli layihələrə start verildi. Düşünürəm ki, universitetlərimiz biraz diqqətdən kənarda qalıb. Ali məktəbi bitirən və məktəblərdə çalışmağa başlayan gənc kadrların çoxu tələblərə cavab verə bilmir. Bundan belə nəticə çıxır ki, universitetlərdəki təhsil nəzarət altına alınmalıdır”.

 

“Azərbaycan təhsili növbəti illərdə də inkişaf edəcək və cəmiyyətlə təhsil arasındakı dostluğu görə biləcəyik”

 

Şəmil Sadıq təhsil islahatlarının nəticəsi üçün uzun müddət lazım olduğunu qeyd etdi:

 

“Sevinirəm ki, yeni nazir təhsilin içindən olan şəxsdir. Mikayıl Cabbarov, Ceyhun Bayramovla işləyən komandanın aktiv üzvlərindən biridir. Həmçinin orta və aşağı təbəqənin nə kimi problemlərinin olduğunu yaxşı bilir. Başlanılan proseslər dayandırılmasa və islahatlar bu şəkildə davam etsə, Azərbaycan təhsili növbəti illərdə də inkişaf edəcək və cəmiyyətlə təhsil arasındakı dostluğu görə biləcəyik.

Təhsil çox mürəkkəb prosesdir. Qısa zamanda nəticə əldə etmək olmur. Təhsili qatara bənzətmək olar. Sükanı həmən döndürmək olmur, zamanla tənzimlənir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları