Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-28 13:14:00
İşdən çıxarılan direktor, MİQ ərizələri, tarixi bilinən imtahanlar -TƏHSİL İCMALI

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə - 20-26 iyul tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

İyulun 23-24-də keçirilən buraxılış imtahanlarının qrafiki elan edildi

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçirilən buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

 

 

Buraxılışda hərarəti olan şagirdin avqustda yenidən imtahana qatılmasına icazə verildi

 

 

“Hər abituriyentdən sağlamlıq haqda bəyannamə tələb olunur. Orada son 15 gün ərzində özündə və ya ailəsində virusa yoluxma faktları olub-olmaması soruşulur. Əgər şagird virusa yoluxub sağalırsa, yenidən imtahan verə bilər”.

 

 

Bu fikirləri DİM-in sektor müdiri Xanlar Xanlarzadə Operativ Qərargahın birifiqində açıqlayıb.

 

 

Ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin vaxtı elan olundu

 

 

“Əvvəlki və cari ilin məzunları üçün qəbul imtahanı keçiriləcək. Nəticələr bəlli olandan sonra avqustun ikinci yarısı imtahanların 2-ci mərhələsi keçiriləcək. Bu imtahanlar üçün 4 gün ayrılacaq”

 

 

Bu fikirləri DİM-in sektor müdiri Xanlar Xanlarzadə Operativ Qərargahın birifiqində açıqlayıb.

 

 

Bakıda məktəb direktoru işdən çıxarıldı

 

 

20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova işdən çıxarılıb.

                                           

 

Belə ki, Səadət Veysovanın müqaviləsinə xitam verilib.

 

 

Məktəblilərimiz beynəlxalq olimpiadada möhtəşəm uğur qazandılar

 

 

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələri elan olunub.

 

 

Nəticələrə  əsasən, Azərbaycan məktəbliləri 1 gümüş,  6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.

 

 

Bu şəxslər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

 

 

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

 

 

Təhsil nazirinin müşaviri vəzifəsindən azad edildi

 

 

Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.

 

 

Bu barədə E.Məmmədov özü məlumat verib.

 

 

O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağı Təhsil Nazirliyində vəzifəsindən azad olunub.

 

 

Məktəbəhazırlıq qruplarına qəbul bu tarixdə aparılacaq

 

 

Azərbaycanda 5 yaşı tamam olan uşaqların məktəbəhazırlıq qruplarına qəbulunun avqust ayında aparılması planlaşdırılır.

 

 

Bunu  Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

 

 

Buraxılış imtahanlarının nəticələri elan olunub

 

 

23-24 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

 

 

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatdı

 

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

 

 

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilində Texniki və texnoloji ixtisaslar üzrə I ixtisas qrupunda 9 yeni ixtisas açılıb

 

 

Yeni açılan ixtisaslara “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika   mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri” və “Qida mühəndisliyi” aiddir. Ümumilikdə isə UNEC-də I qrupa “İnformasiya texnologiyaları” ixtisası daxil olmaqla, 10 ixtisas üzrə qəbul aparılacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları