Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-28 10:40:00
Emin Əmrullayevin keçmiş müavini: “O, instituta bir çox yeniliklər gətirdi”

 

 Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

 Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

 

Xatırladaq ki, Emin Əmrullayev nazir təyin olunana qədər nazirliyin tabeliyindəki ‎Təhsil İnstitutunun  direktoru vəzifəsində çalışıb.

 

 Qurumun direktor müavini Ənvər Abbasov yeni Təhsil naziri haqda təəssüratlarını AzEdu.az-la bölüşüb:

 

“Çoxşaxəli işlərin təşkilatçısı olub”     

 

“Emin müəllim xeyli müddətdir ki, Təhsil İnstitutunun direktoru vəzifəsində çalışırdı. Bundan əvvəldə Təhsil Nazirliyində idarə rəisi kimi çalışıb.  

 

Emin müəllim təhsil sisteminə yeniliklərin cəlb olunmasında-təhsilin cəmiyyətin ehtiyacları əsasında qurulması, yeni məzmununun yaradılmasında, yeni dərsliklərin meydana gəlməsində  bilavasitə həlledici rol oynayan şəxslərdəndir. Məhz bu cür çoxşaxəli işlərin təşkilatçısı olub”.

 

Ənvər Abbasov Emin Əmrullayevin Təhsil İnstitutundakı fəaliyyətindən və burada etdiyi yeniliklərdən də danışıb:

 

“Emin Əmrullayevin rəhbərliyinədək Azərbaycan Təhsil İnstitutunun 2 əsas funksiyası vardı: Tədqiqatçılıq və elmi-pedaqoji kadr hazırlığı. Emin müəllimdən sonra isə fəaliyyət çoxşaxəli oldu. Olimpiada iştirakçılarının hazırlanması, məktəblərə metodiki xidmət, müəllim hazırlığının məzmununun yaradılması və s. xeyli miqdarda məsələlər institutun funksiyalarına aid edildi. İndiki təhsilin ehtiyacına uyğun olan strukturuna gəlib çıxdı və məsuliyyət artdı. Bütün bunlar Azərbaycan təhsilinin ehtiyacından doğan məsələlərdir”

 

“Hər zaman işçilərinin qayğısına qalıb, yüksək ünsiyyət bacarığı var”

 

“Emin Əmrullayev çox diqqətli insandır. O, hər zaman işçilərinin qayğısına qalıb. Yüksək ünsiyyət bacarığı var. İşçilərinin ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edib. Bu, ən vacib göstəricilərdəndir ki, rəhbərlər öz əmrində çalışaların qayğısına qalsın və onları stimullaşdırsın.

 

Son dərəcədə çevik və düzgün strateji yanaşmaları var. Bugünki təhsilimiz mobillik tələb edir. Bu cəhətdən Emin müəllimin çox güclü potensialı var. Sanki ictimaiyyət də onun Təhsil naziri vəzifəsinə təyinatını gözləyirdi. Bu qərar Azərbaycan təhsilinin inkişafında irəliləyişlərin əldə olunmasına imkan yaradacaq. Emin müəllimin şəxsində çox uğurlu işlər görüləcək”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları