Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-28 18:00:00
NASA Yer kürəsinə yaxınlaşan asteroid barədə xəbərdarlıq etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diametri 84-190 metr olan asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.

 

AzEdu.az "TASS"a istinadən verdiyi məlumata görə, 2009 PQ1 adı verilən asteroid avqustun 5-də Yer kürəsinə maksimal yaxın məsafədə olacaq.

 

Məlumata əsasən, asteroid Yer kürəsindən 3,2 milyon kilometr aralıdan 13,4 km/s sürətlə keçəcək.

 

Bildirilir ki, sözügedən asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib.