Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 17:22:00
“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb”- Prezident

 

 

“Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb”.

 

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhsil Naziri Emin Əmrullayevi videokonfrans formatında qəbul edərkən deyib.

 

 

Prezident bildirib ki, dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır:

 

 

“2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunub. Diaqnostik qiymətləndirmədən uğurla keçən müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı. Çünki, bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq, son bir neçə ildə müəllim peşəsinə maraq artıb.

 

 

Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. Onlar gözəl, təmir edilən, yenidən tikilən məktəblərdə, universitetlərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilən və təmir edilən məktəblərə baş çəkirəm. Hər il Bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülən işlər əlbəttə ki, müəllimləri həvəsləndirir”.

 

 

Qeyd edək ki,  Emin  Eldar  oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları