Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 15:50:00
"Həm orta, həm də ali məktəblərdə tərbiyə işinə böyük diqqət verilməlidir" - Prezident 

“Gənclərin tərbiyə edilməsində Təhsil Nazirliyinin çox böyük funksiyaları var”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhsil Naziri Emin Əmrullayevi videokonfrans formatında qəbul edərkən deyib:

 “Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir.

 Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib”.

 Qeyd edək ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları