Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 15:38:00
“Beş ildən sonra olmayacaq sahələr üzrə mütəxəssis hazırlığına ehtiyac yoxdur” – İlham Əliyev  

 

”Beş ildən sonra olmayacaq  sahələr  üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur”.

 

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhsil Naziri Emin Əmrullayevi videokonfrans formatında qəbul edərkən deyib.

 

 

Ölkə başçısı bildirib ki, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edib:

 

 

“O peşələr ki, beş ildən sonra olmayacaq, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır.

 

Çünki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik”.

 

 Qeyd edək ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları