Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 15:26:00
Yeni nazirin təhsil yolu - DOSYE

Prezident İlham Əliyevin sərəncamına əsasən Emin Əmrullayev  Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

AzEdu.az  yeni Təhsil nazirinin dosyesini təqdim edir:

 

Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.

 

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

 

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar  ayından  bugünədək  Təhsil İnstitutunun direktoru vəzifəsini  icra edib.

 

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq  layihələrin idarə olunmasında  böyük  təcrübəyə malikdir.

 

Ailəlidir, 2 övladı var.