Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 15:00:00
“Hər bir ölkənin bu günü və gələcəyi bilavasitə təhsillə bağlıdır”-Prezident

 

"Təhsil sahəsi daima diqqət mərkəzindədir".

 

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunan  Təhsil naziri Emin Əmrullayevi videokonfrans formatında qəbul edərkən deyib.

 

 

Prezident  çıxışı zamanı təhsil sahəsinin  daima diqqət mərkəzində olduğunu da vurğulayıb:

 

 

“Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə tənzimlənməli və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb. Təhsil sahəsi daima diqqət mərkəzindədir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, o ölkələro zaman irəliləyir ki, orada təhsilin səviyyəsi yüksəkdir”.

 

 

Qeyd edək ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları