Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 11:58:00
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir

Ayın daha dərindən araşdırılması üçün təbii peykin bütün səthini örtən tozla nə ediləcəyi müəyyən olunmalıdır. Toz kosmik avadanlıqları korlayır və insanlar üçün təhlükə yaradır. NASA alimləri bu problemin həllini tapmaq üçün tələbələri işə cəlb etməyə qərar verib.

 

AzEdu.az  xəbər verir ki, bu barədə “Noj” nəşri xəbər yayıb.

 

Məlumata görə, NASA ən perspektivli gənc mütəxəssislərdən ibarət komanda və 5-10 nəfərlik qrup yaradacaq.

 

Onlar layihələrin üzərində işləyəcəklər. Ən yaxşı agentlik isə növbəti Ay missiyasına daxil ediləcək.

 

Tələbələr isə gördükləri iş müqabilində 180 000 dollar (306 000 AZN) alacaqlar.(Oxu.az)