Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 11:33:00
Siyəzən şəhərində 960 şagird yerlik məktəb binası tikilir  

Siyəzən şəhərində 960 şagird yerlik dördmərtəbəli məktəb binasının inşasına başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonunadək istifadəyə veriləcək.

Dördmərtəbəli tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

 

Hazırda yeni məktəb binasının təməlinin inşası işləri yekunlaşmaq üzrədir.

 

Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev bildirib ki, orta məktəbin köhnə binası 64 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.

 

Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.