Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 09:02:00
Bu ölkədə onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar-VİDEO

Peruda koronavirus səbəbindən təhsilə onlayn davam edilir.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı “Euronews” məlumat yayıb.

 

Bildirilir ki, onlayn təshsilə görə dörd şagird hər gün dörd min kilometr yüksəkliyə çıxmağa məcbur olurlar.

 

Buna səbəb isə internetin yoxluğudur.

 

Ölkənin Manazo bölgəsində, Titikaka gölünün sahilində yerləşən Konaviri ətrafdakı bir çox kənd kimi internet əlçatanlığına sahib deyil.

 

Kənddəki şagirdlər onlayn təhsil ala bilmək üçün bölgənin ən yüksək təpəsi olan Andesə çıxmaq məcburiyyətindədirlər.

 

Perulu ana Raymunda Çarka bu səbəbdən hər gün dörd oğlunu da götürüb kilometrlərlə məsafə qət edir.

 

Ölkənin təhsil nazirinin elan etdiyi “evdə öyrənirəm” proqramına qarşı ananın alternativi “dağda öyrənirəm”dir.