Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 14:01:00
UNEC magistri ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramında qatıldı

UNEC-in MBA proqramı üzrə magistri ABŞ-ın Linkoln universitetində ikili diplom proqramında iştirak edir.


AzEdu.az xəbər verir ki, UNEC Biznes Məktəbində “Layihələrin idarə edilməsi” ixtisası üzrə ingilis dilində magistr təhsili alan Aygül Məmmədli UNEC ilə ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramı çərçivəsində 2 il müddətində ABŞ-da təhsilini davam etdirəcək.

                                            

Hazırda San Fransisko şəhərində olan A.Məmmədli Linkoln Universitetində “Maliyyə menecmenti” ixtisası üzrə magistr təhsili alacaq. O, təhsil almaqla yanaşı, Amerikada işləmək hüququ da əldə edib.

Aygül Məmmədli universiteti bitirdikdə UNEC-in və Linkoln Universitetinin diplomunu qazanmış olacaq.