Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 11:57:00
UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

Məlum olduğu kimi, 2020-ci il yanvarın 15-də “Total E&P Abşeron” şirkəti ilə Fransa səfirliyi arasında təhsil sahəsində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi anlaşma memorandumu imzalanıb. Bu anlaşmada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin cari ilin sentyabr ayından etibarən Fransada magistratura təhsili üçün nəzərdə tutulan təqaüd imkanlarından istifadə edə biləcəyi qeyd olunub.

 

UFAZ-dan AzEdu.az-a verilən məlumata görə, fevralın 12-də universitetin 41 tələbəsi “Total” şirkəti və Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Fransada magistratura təhsili üzrə təqaüd proqramı imtahanının ilk mərhələsində iştirak edib. İmtahandan sonra müsahibə mərhələsində də uğurlu nəticə əldə edilib, beləliklə,   universitetin 10 tələbəsi “Total” tərəfindən dünyanın dörd bir yanında mövcud olan   mühəndislik sektorunun ən yaxşı tələbələri üçün verilən təqaüdü qazanıb.