Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 16:11:00
Bu uşaq bağçasında uşaqlar günə əl sıxıb salamlaşaraq başlayırlar - VİDEO

Salamlaşarkən əl sıxmaq sadə bir hərəkət kimi görünsə də, ABŞ-ın Texas ştatındakı bağça müəllimi, bu sadə hərəkətin şagirdlərin davranışına ciddi təsir göstərəcəyini qeyd edir.

AzEdu.az xarici KİV-ə  istinadən xəbər verir ki, 18 illik iş təcrübəsinə sahib olan bağça müəllimi Koston Taylorun sinifindən hər gün ayrı bir şagird, sinifə girən bütün digər şagirdlərə gülümsəyərək onların əlini sıxır və beləcə, onları qarşılayıb sinifə ötürür.  

Hətta bəzi şagirdlər bir-birlərini qucaqlayırlar.

Uşaqları əl sıxıb salamlaşarkən videoya çəkən müəllim bu videonu sosial media hesabında paylaşıb. Bağça müəllimi Taylor inanır ki, bunu vərdiş halına gətirərsə, uşaqlarda qayğı və diqqət hisslərini artırar və onların sağlam inkişafına töhfə olar.  

Videoda yoldaşlarını salamlayan oğlanın adı Aşerdir. Aşer  genetik nevroloji bir xəstəlikdən əziyyət çəkir. Müəllimi Taylor mediaya açıqlaması zamanı deyib ki, Aşer bağçaya gəldiyi ilk vaxtlarda çox əsəbi idi.

“Onun danışığı, dediyi  bir neçə söz də anlaşılmırdı. Videonu çəkərkən uşağın bu cür inkişafını görüb çox qürur duydum. O, bütün şagirdlərlə açıq ünsiyyət qura bilir və hər kəsin adını çəkərək salamlayırdı".

Bağça uşaqlarının qapıda salamlaşması videosu ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/ashley.c.taylor.9/videos/10216332373967449/