Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 12:38:00
Multi planet sistemi KƏŞF EDİLDİ

Avropa Cənub Rəsədxanası (ESO - European Southern Observatory) ilk dəfə Günəşə bənzər ulduzun ətrafında multi planet sistemi aşkar edib.

AzEdu.az xəbər verir ki, Rəsədxanada VLT (Very Large Telescope) vasitəsilə ilk dəfə Günəş tipli cavan ulduzun ətrafında iki ekzoplanetdən ibarət sistemin şəklini almaq mümkün olub.

 

TYC 8998-760-1 obyekti bizdən 300 işıq ili uzaqda yerləşir. Qaz nəhəngləri isə ulduzdan 160 və 320 a.v məsafədə onun ətrafında orbit üzrə hərəkət edirlər. Daxili planet Yupiterdən 14 dəfə, xarici planet isə 6 dəfə massivdir. Milçək bürcündə yerləşən bu obyektin cəmi 17 milyon yaşı var və Günəşin daha gənc versiyasıdır.

 

Bu günə kimi bu tip ulduzların ətrafında ancaq bir planet müşahidə olunub. Sistemin sonrakı müşahidələri bizim Günəşin ətrafında planetlərin necə formalaşdığını və təkamülünü başa düşmək üçün çox yaxşı nümunədir. Çünki, Günəş sistemi ilə oxşar bu sistem tekamülünün daha erkən mərhələsindədir.

 

Bilavasitə üsullarla bizim qalaktikada minlərlə planet qeydə alınmışdır. Lakin birbaşa onların çox az hissəsini müşahidə etmək mümkün olub. Birbaşa müşahidələr həyat üçün yararlı mühitin axtarılmasında çox vacibdir.

 

Şəkillər VLT teleskopunda SHPERE cihazı vasitəsilə çəkilib. Koronoqraf ulduzdan gələn parlaq işığı qapadığı üçün planetləri müşahidə etmək mümkün olur. Daha yaşlı planetlər daha soyuq olduğundan, onları müşahidə etmək daha çətindir. cavan planetlər daha isti olduğundan infraqırmızı şüalarda daha yaxşı müşahidə olunurlar.

 

Həmçinin 2017-ci ildə çəkilmiş materiallarda ulduz ətrafında 2 planet olduğunu təsdiq edir.

 

ELT (Extremely Large Telescope) vasitəsilə gələcəkdə sistemin müşahidələri nəzərdə tutulub. Sonrakı tədqiqatlar planetlərin hal-hazırdakı yerdə formalaşdıqlarını və ya başqa yerdən miqrasiya edib-etmədiklərini, həmçinin ulduzun ətrafında daha kiçik ölçülü planetləri aşkar etməyə imkan verəcəkdir. Bu tədqiqatlar çoxplanetli ulduz sistemlərinin və Günəş sisteminin təkamülünü öyrənmək üçün çox vacibdir.