Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-23 13:00:00
Ölən qız tələbə deyil, Bakı Dövlət Universitetinin builki məzunudur

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) Ayşən İsmayılzadə adlı tələbəsinin öldüyü barədə məlumat yayılıb.


Universitet ölən qızın tələbə olduğunu təkzib edib. BDU-dan AzEdu.az-a bildirilib ki, 1998-ci il təvəllüdlü İsmayılzadə Ayşən Azər qızı hazırda tələbə deyil. Qeyd edilib ki, mərhum Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu idi.

BDU-nu bu il bitirən Ayşən İsmayılzadə revmatizmdən və böyrək çatışmazlığından əziyyət çəkirmiş. O, ailənin tək övladıymış...

Allah rəhmət eləsin.