Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-23 13:25:00
BDU-nun “Clarivate Analytics” şirkəti ilə birgə elmi nəşrlərə dair onlayn görüşü

Bakı Dövlət Universiteti (BDU) “Clarivate Analytics” şirkəti ilə birgə elmi nəşrlər və BDU-da çap olunan elmi jurnalların beynəlxalq nüfuz qazanması kimi aktual məsələlərə dair növbəti onlayn tədbir keçirib.

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbir elmi fəaliyyətin inkişaf etdirilməsi, onun keyfiyyət səviyyəsinin yüksəldilməsi və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsi məqsədini daşıyıb. Rektor Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi yollarına diqqət çəkib, onun perspektivlərindən bəhs edib, qarşıda duran məsələlərdən danışıb.

Şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov pandemiya şəraitinə baxmayaraq 2020-ci ilin birinci yarısında BDU alimlərinin beynəlxalq indeksli jurnallarda dərc olunan elmi məqalələrinin artan dinamikasını görüş iştirakçılarının nəzərinə çatdırıb. Görüşün yekununda müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair təlimlərin bundan sonra da mütəmadi olaraq keçirilməsi qərara alınıb.