Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-22 12:26:00
Azərbaycan məktəbliləri növbəti beynəlxalq uğura imza atdı

İyulun 21-də virtual Kiber Fəza Riyaziyyat Olimpiadasının nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş, 6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin tabeliyindəki Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş, həmin liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Fərid İsmayılov, 9-cu sinif şagirdi Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Qarayeva və Humanitar Fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysun Bayramlı bürünc medal qazanıblar. Fizika riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Amin Cəfərzadə isə həvəsləndirici mükafata layiq görülüb.

 

Xatırladaq ki, iyulun 12-14-də virtual olaraq Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada iştirakçılara 4 məsələ təqdim edilib və onların həlli üçün 5 saat vaxt verilib. Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) iştirakı nəzərdə tutulan ölkələrin milli komandaları daxil olmaqla, bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.