Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-22 12:12:00
AzTU rektoru Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Milli Mətbuatın 145 illiyi münasibətilə media nümayəndələri ilə onlayn görüş keçirib.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, görüşdə universitetin İctimai Şurasının üzvləri də iştirak ediblər. Rektor media nümayəndələrini Milli Mətbuatın 145 illik yubileyi münasibətilə təbrik edərək deyib ki, ictimaiyyətə düzgün məlumatların çatdırılmasında jurnalistlərin əməyi danılmazdır. 

 

AzTU-nun  hər zaman media ilə əməkdaşlıq etməkdə maraqlı  olduğunu qeyd edən V.Vəliyev universitetin mövcud problemləri və onların həlli barədə məlumat verib.  Qarşıya qoyulan qısamüddətli hədəflərə nail olunduğunu bildirib, həmçinin yaxın zamanlarda ali məktəbin tədris korpuslarından birində texnoparkın fəaliyyətə başlayacağını vurğulayıb. Qeyd olunub ki,  AzTU-nun əsas hədəfləri əmək bazarı üçün yüksək ixtisaslı kadr, xidmətlər bazarı üçün əhəmiyyətli tədqiqat və işləmələr təqdim etməkdir.  

 

Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.