Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 11:50:00
Ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb    

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb. 

AzEdu.az-ın məlumatına görə, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib. 

Nazir bildirib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.

C.Bayramov əlavə edib ki, peşəkar kadrların hazırlanması istiqamətində də aktiv işlər aparılır. 

O qeyd edib ki, ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb: "Son bir neçə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb".