Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-21 18:07:00
BDU aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyevin həmmüəllif olduqları “The problem of starting control with two intermediate moments of observation in the boundary value problem for the hyperbolic equation” (“Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi”) adlı məqalə 1980-ci ildən nəşr olunan “Optimal Control - Applications and Methods” (“Optimal İdarəetmə - Tətbiqlər və Üsullar”) jurnalında çap olunub. (2019 Journal Citation Reports®, Clarivate Analytics 2019, Impakt faktor: 1.252).

 

AzEdu.az  xəbər verir ki, məqalədə ikitərtibli xətti hiperbolik tənlik üçün qarışıq məsələdə iki aralıq müşahidə anları olan kvadratik funksionallı başlanğıc idarəetmə məsələsi tədqiq olunmuş, funksionalın infimumunun sıfıra bərabər olduğu hal araşdırılmış, qoşma məsələ daxil olunmuş və variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri və kafi şərtlər tapılmışdır.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:

 

https://onlinelibrary.wiley.com/doi/10.1002/oca.2641