Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-21 14:51:00
BDU-nun Rus Mərkəzində “Sevginin dəyərini bilin” adlı onlayn görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzi Qazaxıstanın Əl-Fərabi adına  Milli Universitetinin Rus Dili və Mədəniyyəti Mərkəzi ilə birgə Ailə, sevgi və sədaqət gününə həsr edilmiş “Sevginin dəyərini bilin” adlı onlayn görüş keçirib.

 

AzEdu.az  xəbər verir ki, ailənin insan həyatında əhəmiyyətini qeyd edən tədbir iştirakçıları onun insana özünü təhlükəsiz və güvəndə hiss etməsi üçün fürsət verdiyini, varlığımızın mahiyyəti kimi xarakter və mənəvi münasibətlərimizi formalaşdırdığını bildiriblər. Gənclərə ailə ənənələrini möhkəmləndirmək və evlilik institutunu qorumağı tövsiyə ediblər.

 

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Alyona Sergeyevna dahi Ü.Hacibəylinin musiqili komediyalarında yer alan ailə münasibətləri və ailə dəyərlərindən danışıb.  BMA-nın II kurs tələbəsi Nailə Xasıyevanın ifasında “Sevgi gəldi” (Musiqi: R.Pauls, Sözlər:

 

R.Rozhdestvensky) musiqi kompozisiyası görüş iştirakçılarına təqdim edilib.

 

Onlayn tədbirin sonunda Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova bu bayramın ölkəmizdə qeyd olunmasından bəhs edib, bütün ailələrə sülh və firavanlıq arzulayıb.

 

Onlayn görüşün tərəfdaşları qismində Bakı Dövlət Universiteti (BDU), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin Qazaxıstan Respublikasındakı nümayəndəliyi, Rusiya Federasiyasının Alma-Atadakı Baş Konsulluğu, "Rusiya (Sovet) Ali Məktəb məzunlarının Azərbaycan Assosiasiyası” İctimai Birliyi, "Rusiya (Sovet) Ali Məktəb məzunlarının Qazaxıstan Assosiasiyası” İctimai Birliyi iştirak ediblər.