Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 17:18:00
DİM sözçüsü brifinqdə ən vacib məqamları açıqladı-Operativ Qərargah  

 

 

Bir aydan artıqdır ki, DİM imtahanlara start verib. Pandemiya şəraitində imtahanların keçirilməsi  təlimata uyğun  təşkil olunub. 143 min-ə yaxın şagird bu vaxtadək imtahanlarda iştirak edib. İmtahanlar lokallaşdırılıb. İndi imtahanlar bütün şəhərlərdə keçirilir, təkcə bir məkanda yox. Təhsil Nazirliyi də bizə çox dəstək oldu. Bir binada 250-dək şagird iştirak edir. İlk 3 həftə ərzində keçirilən imtahanların nəticələri artıq elan olunub. Bu 105 min şagirdin nəticəsi deməkdir”

 

AzEdu.az xəbər verir ki, bu fikirləri DİM-in sektor müdiri Xanlar Xanlarzadə Operativ Qərargahın brifiqində açıqladı:

 

“Qarşımızda növbəti həftə imtahanların keçirilməsi durur. İmtahanların keçirilməsinə icazə verildi. İyunun 23 və 24-ü imtahan keçiriləcək. Hansı bölgədə keçiriləcəyi DİM-in saytına yerləşdirilib. Ola bilər ki, kimsə daxil olub öz bölgəsini tapmır, səbrli olsunlar. Həftə içi növbəti qrafik elan olunacaq. 58 mindən artıq şagirdin 2 həftə ərzində imtahanları keçiriləcək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları