Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 12:33:00
MİQ və sertifikasiya və qəbul imtahanlarının bilinən tarixləri, Ceyhun Bayramov təyinatı - Təhsil icmalı

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə - 13-19 iyul tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edildi

 

 

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsinə təyin edilib.

 

 

MİQ üzrə elektron ərizələrin qeydiyyatı başladı

 

 

İyulun 16-dan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır. Bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.

 

 

Müəllimlərin işə qəbulu imtahanları avqustda keçiriləcək

 

 

Bu il  Müəllimlərin İşə Qəbulu ilə bağlı test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunacaq.

 

 

Nazirlikdən verilən məlumata görə, imtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindın əvvəlcədən elan edəcəyi qrafika uyğun cari ilin avqust ayında həyata keçiriləcək.

 

 

Müddətsiz müqavilə əsasında çalışan müəllimlər builki müsabiqədə iştirak edə bilməzlər

 

 

Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.

 

 

Müəllimlərin sertifikasiya imtahanları bu tarixdə keçiriləcək

 

 

“Müəllimlərin sertifikasiya imtahanlarının ilkin mərhələsinin bu təqvim ilinin sonuna kimi keçirilməsi planlaşdırılıb”.

 

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

 

 

Ali məktəbə qəbul imtahanları bu tarixlərdə keçiriləcək

 

 

“Avqustun 10-dək rezidentura və dövlət qulluğu ilə müəyyən təxirə salınan imtahanları keçirəcəyik”.

 

 

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

 

DİM yeni növ imtahanın keçirilməsi üçün layihə hazırlayır

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) gələcəkdə yeni növ imtahanın keçirilməsi üçün layihə üzərində işləyir.

 

 

Bunu mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi bağlı danışarkən deyib.

 

 

DİM sədri: "Ola bilər ki, I kurs tələbələri sentyabrın 15-də dərsə başlaya bilməsin"

 

 

“Magistraturaya qəbul prosesini 15 sentyabra qədər bitirəcəyik. Eyni zamanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi də həmin tarixə qədər bitəcək”.

 

 

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

 

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

 

 

DİM: İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz

 

 

DİM-dən verilən məlumata görə, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

 

 

MİQ-in keçiriləcəyi rayon və şəhərlər müəyyənləşdi

 

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi rayon və şəhərlər müəyyənləşib.

 

 

İmtahanlar avqust ayı ərzində Bakı, Sumqayıt, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Bərdə, Gəncə, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Quba, Tovuz, Şamaxı və Şirvanda baş tutacaq.

 

 

MİQ müsabiqəsi ilə işə yeni qəbul olunanlar 5 il sertifikatlaşdırmaya cəlb olunmayacaq 

 

 

“Bu il çmüəllimlərin işə qəbul qaydalarına bir neçə dəyişiklik edilib. Dəyişikliklərdən biri ondan ibarətdir ki, 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib müvafiq keçid ballarını toplayan namizədlərin topladığı ballar bu il qüvvədə hesab olunmayacaq".

 

 

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları