Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 11:21:00
Türkiyədəki tələbələrimizə yardım kampaniyası həyata keçirildi

Məlum olduğu kimi, dünyada, o cümlədən, Türkiyə Respublikasında geniş yayılmış yeni növ koronavirus pandemiyası ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində iki ölkə arasında səfərlər bərpa edilənədək, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və Vətənə dönə bilməyən, bəzi məişət və inzibati xarakterli problemlərlə üzləşən Azərbaycanın vətəndaşlarına, o cümlədən, şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizə dəstək göstərilməsi məqsədi ilə cari ilin 1 aprel-20 iyul tarixlərində Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yardım kampaniyası həyata keçirilib.

 

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, qeyd olunan kateqoriyalara aid 15 mindən artıq vətəndaşımıza müraciətlərin sayı və ehtiyaclara uyğun olaraq, “Migros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 min ədəd ərzaq paketi təmənnasız olaraq təqdim edilib.

 

Həmçinin, yuxarıda qeyd edilən kateqoriyalara aid vətəndaşlarımıza 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib.

 

Hazırda Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı xüsusi uçuşlarla bərpa olunub.