Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 21:56:00
Alimlər bükülən akkumulyator hazırlayıblar

Çin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulan bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər. AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər 3D-şəbəkələri formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimi Çjan Xunçjan bildirib ki, yeni akkumulyatorlar daha sabit və elastikdir, bükülmə və əyilmə zamanı enerji yükünü yaxşı saxlayır.

Bu kimi batareyalar yüngül və yüksək enerji sıxlığına, istehsal baxımından qənaətcil və kütləvi istehsal perspektivlərinə malikdir.