Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-18 14:47:00
Müəllimlər MİQ müsabiqəsindəki yeniliklərdən narazıdırlar? – “Məhdudiyyətlər var”

 

 

 

İyulun 16-dan müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb.

 

 

Builki imtahanda  kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər iştirak etməyəcəklər.

 

 

Bu qərarı bir sıra müəllimlər dəstəkləsə də, bəziləri onun ədalətli olmadığını düşünür.

 

 

AzEdu.az müəllimlər arasında sorğu keçirərək, MİQ-də bu il üçün olan yenilikləri necə qiymətləndirdiklərini öyrənib:

 

 

 

Laçın rayonu Taxtakörpü kənd məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayıl pandemiya şəraitində bunun verilə biləcək ən məntiqli qərar olduğunu düşünür:

 

 

“Hazırda çalışan müəllimdən daha çox, iş yeri olmayan müəllimlərə, bu il məzun olan şəxslərin işə daha çox ehtiyacı var. Elə dönəmdəyik ki, məncə, hamı bir-birinə qarşı anlayışlı olmalıdır. Verilən qərarların əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunması üçün olduğu qənaətindəyəm”.

 

 

Astara rayonu Qapıçıməhəllə kənd məktəbinin müəllimi Həbib Əlizadə bu il keçirilməsi nəzərdə tutulan MİQ müsabiqəsində bir neçə məhdudiyyətlər olduğunu deyib:

 

 

“Bu da xeyli müəllimin narazılığına səbəb olub. Düşünürəm ki, onların etirazları haqlıdır. Bu problem həllini tapmasını arzu edirlər. Təbii ki, pandemiya dövründə bu məhdudiyyətləri anlamaq olar. Amma bununla belə həllini mümkün olduğunu da  düşünürəm”.

 

 

İsmayıllı rayon ucqar kənd məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı müddətsiz  müqavilə ilə müəllim kimi fəaliyyət göstərdiyini deyib:

 

 

“İmtahanda iştirak edərək özümü sınamaq istəyirdim. Bir çox həmkarımın həvəslə imtahanı gözlədiyini də bilirdim. Ancaq hazırki pandemiya şəraitində ölkədə kütləviliyin azaldılması məqsədilə atılan istənilən addımı dəstəkləyirəm. Açıqlamalardan aydın olur ki, digər namizədlərə də növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə və təkrar müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək imkanı təqdim ediləcək. Məktəb və şagirdlərimizə qısa zamanda qovuşmaq üçün kütləviliyin azaldılmasına nail olmaq borcumuzdur.

 

 

Sadəcə, zəruri səbəblərdən bu imtahanlarda iştirak edərək iş yerini dəyişmək planı olan müəllimlər var. Təklif edirəm ki, onlar üçün səbəb göstərilməklə ərizə ilə müraciət imkanı yaradılsın. Hazırda müəllim kimi fəaliyyət göstərən şəxslərə ərizələrə baxıldıqdan sonra imtahanda iştiraklarına icazə verilsə, yaxşı olar”.

 

 

Füzuli rayon Qazaxlar kənd tam orta məktəbin coğrafiya müəllimi Posu Ali Mansırlı pandemiya  şəraitində MİQ imtahanlarının keçirilməsi çətinlik yaratdığından Təhsil Nazirliyinin qərarını düzgün sayır:

 

 

“Ancaq bu işləyən müəllimlər üçün ədalətsiz yanaşmadır. Mənim kimi 10-larla müəllim var ki, məcbur şəkildə evindən 100 kilometrlərlə uzaqda işləyir. Mənim evimlə məktəb arasında məsafə 400 km-dir. Bu il qonşu kəntdə vakansiya olacaq. Ona görə  MİQ də iştirak edib yerimi evimə yaxın yerə dəyişmək istəyirdim. Ancaq yeni qərar buna imkan verməyəcək. Ümid edirəm ki, TN qeyd etdiyi kimi növbəti aylarda da imtahan təşkil edib bizlər üçün şərait yaradar”.

 

 

Ümid edirik ki, kütləviliyin aradan qaldırılması üçün MİQ müsabiqəsində olan yeniliklər öz müsbət nəticəsini verər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları