Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 17:39:00
AzTU məzununun uğur hekayəsi layihəsi davam edir

Toğrul Paşayev 2020-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin “Yükqaldırıcı maşın və mexanizmlər” ixtisası üzrə magistratura pilləsini bitirib.

 

AzEdu.az  xəbər verir ki, Əmək fəaliyyətinə 2016-cı ildən "Mercedes-Benz" şirkətinin  Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Autostar Kaukasus” MMC-də servis məsləhətçisi kimi başlayıb. Daha sonra “SR Construction Co” MMC-də satış meneceri, “Aztechmotors” MMC-də isə direktor müavini vəzifələrini icra edib.

 

2019-cu ildə yüksək akademik nailiyyətinələrinə və praktiki bacarıqlarına görə “Skoda” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri “SKAZ AUTOHOUSE” MMC-nin baş direktoru təyin olunub. 2020-ci ildən isə Changan brendinin Azərbaycanda rəsmi distribüteri “Azərbaycan Avtomobil Evi” MMC-nin baş direktorudur.

 

Hazırda onun rəhbərlik etdiyi şirkət AzTU tələbələrinin ödənişli təcrübə proqramlarında iştirakı, məzunların işə qəbulu istiqamətində əməkdaşlığı davam etdirir.