Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 18:00:00
Portuqaliya kosmik teleskop üçün sistemin işlənib hazırlanmasına rəhbərlik edəcək

Portuqaliyanın Astrofizika və Kosmik Elmlər İnstitutu 2031-ci ildə işə salınacaq və Kainatın rentgenoqrafiyasını aparmağa imkan verəcək kosmik teleskop üçün sistemin işlənib hazırlanmasına rəhbərlik edəcək.

 

AzEdu.az  xəbər verir ki, institut yüksək enerjilər astrofizikası üçün teleskopun (ATHENA) işlənib hazırlanması missiyasına rəhbərlik etmək üçün Avropa Kosmik Agentliyinin müsabiqəsində qalib gəlib və iki il ərzində teleskop üçün ölçmə sisteminin yaradılması işində məsuliyyət daşıyacaq.

 

Layihə növbəti onillikdə Kainatın rentgen şəklini çəkəcək yüksək enerjilər kosmik rəsədxanasına hazırlığın bir hissəsidir.

 

İşə salınması 2031-ci ildə planlaşdırılan ATHENA teleskopu qara dəliklərin ilk qalaktikaların meydana gəlməsini və təkamülünü necə müəyyən etdiyini, eləcə də bu qalaktikaların yüz milyonlarla işıq illərini əhatə edən quruluşlarda necə yerləşmələrini anlamağa imkan verəcək.