Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 14:45:00
Üç dost yarasa mağarası tapdı – böyük gəlir əldə oluna bilər

Türkiyənin Adıyaman bölgəsində  bu günə qədər içərisinə  girilməmiş bir  mağarada yarasaların olduğunu kəşf edən üç dost buranı qorumaq istəyir.

AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki. Zəki  Doğru, Mehmet Doğru və Raqib Bağcı adlı 3 dost Belden rayonunun şimal hissəsinə gedərək minlərlə yarasa yuvası aşkar ediblər.

Minlərlə yarasanın tapıldığı  mağaranın  yerində,  axıntılar və bataqlıq  dağıntıları var. Mağara ətrafında  fəaliyyət göstərən mərmər ocaqlarında  partladılan dinamitlər  və iş maşınları olduğundan mağaranın  zərər görə biləcəyi ehtimal olunur.

Buna görə də, tez bir zamanda  mağaranın qorunma altına alınmasının vacibliyi vurğulanır.

Dostlar hesab edir ki, kəşf etdikləri  mağara turizm  baxımından  olduqca  böyük  əhəmiyyətə malikdir.

Həmçinin yarasa gübrələrinin də  enerji, kosmetik , kənd təsərrüfatı,  sənayəsində  istifadə oluna biləcəyi  söylənilir.    

Günel YAŞARQIZI